Arteta: “Bu nəticədən məmnunam”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa kubokunun 1/4 final matçında “Kristal Pelas” üzərində qələbədən (3:2) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu nəticədən məmnun olduğunu bildirib:
“Bu nəticədən məmnunam, yarımfinala çıxdıq. Komanda erkən qol buraxsa da, sonra xarakter nümayiş etdirdi. Matçın ikinci yarısında oyunumuzu dəyişdik, yenidən təşəbbüsü ələ aldıq və hücumda təhlükəli olduq”.
“Arsenal”ın növbəti oyunu yenə “Kristal Pelas”la olacaq. Amma bu dəfə qarşılaşma İngiltərə Premyer Liqası çərçivəsində, dekabrın 21-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin