“Arteta rəhbərliyə təzyiq edir, mən buna əminəm” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada “Arsenal”la oyun ərəfəsində rəqibin çalışdırıcısı Mikel Arteta haqda fikirlərini bölüşüb.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, Artetanın klub rəhbərliyinə qarşı tələbkar olduğunu söyləyib:  

“İnsanlar deyirlər ki, o, mənimlə işləyib və məndən çox şey öyrənib. O, klub rəhbərliyinə qarşı son dərəcə tələbkar olan bir məşqçidir: “Mənə pul verin ki, xərcləyim”. Bəzən bu, klubun qərarından asılıdır. Amma Arteta rəhbərliyə təzyiq edir, mən buna əminəm”.

“Arsenal” – “Mançester Siti” matçı bu gün – oktyabrın 8-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button