
Artetanın birlikdə işləməkdən böyük zövq aldığı futbolçu
“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücumçu Viktor Qyokereşin bu mövsümdəki çıxışını yüksək qiymətləndirir.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, isveçli futbolçunun komandaya verdiyi töhfənin böyüklüyünü və onunla işləməyin zövqverici olduğunu deyib:
“Qyokereş çox inamlı və inanılmaz dərəcədə çalışqan bir oyunçudur. Onunla işləmək böyük zövqdür. Komandaya çox şey verir, baxmayaraq ki, hələ imkanlarının zirvəsindən uzaqdır”.
Qyokereş yayda Lissabon “Sportinq”indən “Arsenal”a 73,5 milyon avro müqabilində transfer olunub. O, “topçular”ın heyətində bütün turnirlərdə 8 oyuna çıxaraq, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



