Arteta qanalı futbolçu üçün darıxıb

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yarımmüdafiəçi Tomas Partinin komanda üçün nə qədər vacib olduğundan danışıb.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında qanalı futbolçunun çox vacib oyunçu olduğunu bildirib:

“Parti çox vacib oyunçudur və biz son aylarda onun üçün darıxmışıq. O, parlaq formada görünür. Onun iştirakı komandaya keyfiyyət, fiziki güc və təcrübə verir”.

Qanalı futbolçu zədə səbəbindən mövsümün böyük hissəsini buraxmışdı.

Tomas Patinin “Arsenal”la müqaviləsi 2025-ci ildə başa çatır. Əvvəllər söz-söhbətlər var idi ki, futbolçu yayda rəhbərlikdən onu başqa kluba satmağı xahiş edə bilər. Onunla “Yuventus” maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button