
Arteta karyerası ilə bağlı qərar verib
İspaniyalı mütəxəssis Mikel Arteta 2027-ci ilə qədər “Arsenal”da qalmaq qərarına gəlib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubu ilə baş məşqçi arasında üç illik müqavilə imzalanacaq. Hazırkı müqavilə daha bir il müddətində qüvvədədir.
Arteta “Arsenal”ın baş məşqçisi kimi 3 turnirin qalibi olub: bir dəfə İngiltərə kuboku və iki dəfə İngiltərə superkubokunda.
“Arsenal” bu mövsüm 3 turdan sonra 7 xal toplayaraq, Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin