Arteta: “Premyer Liqanı qazanmaq istəyiriksə…”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta bu mövsüm çempionluq uğrunda mübarizədən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Premyer Liqanı qazanmaq üçün indiyə kimi heç kimin etmədiyi bir şeyi etməli olacaqlarını bildirib:

“Premyer Liqanı qazanmaq istəyirsənsə, xüsusi bir şey etməlisən. Biz Premyer Liqanı qazanmaq istəyiriksə, o zaman indiki şəraitdə, yəqin ki, Premyer Liqa tarixində heç kimin etmədiyi bir şeyi etməli olacağıq”.

Lider “Liverpul”dan 11 xal geri qalan “Arsenal” 26 turdan sonra İngiltərə çempionatının turnir cədvəlində 53 xalla 2-ci pillədə qərarlaşıb. Artetanın komandasının ehtiyatda bir oyunu var. Onlar fevralın 26-da səfərdə “Nottingem Forest”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button