“Arsenal”dan Arteta ilə bağlı təkzib
“Arsenal” klubu baş məşqçisi Mikel Artetanın Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra “Portu”dakı həmkarı Serjio Konseysaonun ailəsini təhqir etməsini inkar edib.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
İspaniyalı mütəxəssis də bunu təkzib edib. Eyni zamanda, oyundan sonra Arteta, jurnalistlərin bu məsələ ilə bağlı sualına “Şərh yoxdur” sözləri ilə cavab verib.
Konseysao daha əvvəl ispaniyalı mütəxəssisin onun ailə üzvlərini təhqir etdiyini bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin