“Arsenal” isveçli hücumçu üçün daha bir cəhd edib

“Arsenal” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokereşi transfer etmək üçün növbəti cəhdini edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sportinq”in ilk rədd cavabına baxmayaraq, “topçular” isveçli futbolçunun transferini yenidən gündəmə gətirib.

İddia edilir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta Qyokereşi komandasında görməkdə israrlıdır və bu transferin mövsümöncəsi hazırlıq başlayana qədər reallaşmasını istəyir.

27 yaşlı forvard son mövsümdə keçirdiyi 52 oyunda 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button