Arteta: “Onu görəndə ağlayırdı və yaxşı görünmürdü”
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta zədələnən futbolçu Qabriel Martinellinin vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Arteta, İngiltərə kuboku çərçivəsində “Nyukasl”la keçirilən oyundan əvvəl (2:0) yenidən zədələnən futbolçunun zədəsi ilə bağlı bunları deyib:
“Martinelli oyundan əvvəl ayaq biləyini burxub. Onu görəndə ağlayırdı və yaxşı görünmürdü. Martinellinin vəziyyətinin yaxşı olmadığını düşünürəm”.
Futbolçunun əməliyyat olunacağı da istisna edilmir. Martinelli ötən ilin iyun ayında dizindən zədələnmişdi və 6 ay yaşıl meydanlardan kənarda qalmışdı. O, dekabr ayında yenidən məşqlərə başlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin