Arteta keçmiş klubunun futbolçusunu istəyir
“Mançester Siti”nin müdafiəçisi Con Stounz karyerasını digər Premyer Liqa təmsilçisində davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Arsenal” 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın keçmiş köməkçisi, hazırda London komandasını çalışdıran Mikel Arteta ingiltərəli futbolçunu xidmətində görmək istəyir. Qvardiola da futbolçunun komandadan ayrılmasına razıdır. “Arsenal” bu transfer üçün “Mançester Siti”yə 50 milyon funt-sterlinq ödəməli olacaq.
Stounzun “Mançester Siti” ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə 20 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin