Arteta “Mançester Yunayted” üzərində qələbədən danışdı

Dünən ABŞ-da “Arsenal” və “Mançester Yunayted” komandaları arasında yoxlama oyunu keçirilib. “Topçular”ın baş məşqçisi Mikel Arteta komandasının qələbəsini (2:1) şərh edib.

Komanda.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı matçın çox rəqabətli keçdiyini bildirib:

“Çox rəqabətli matç oldu. Qələbəmizdən məmnunam. Bu görüşdə iştirak edən bütün azarkeşlərə təşəkkür edirəm. Onlar tribunada heyrətamiz ab-hava yaratdılar”.

“Arsenal” növbəti yoxlama oyununu “Liverpul”la, “Mançester Yunayted” isə “Betis”lə keçirəcək. Hər iki qarşılaşma avqustun 1-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button