“Arteta “Mançester Yunayted”ə keçmək üçün “Arsenal”ı tərk edəcək” – Keçmiş futbolçu

İngiltərəli keçmiş müdafiəçi Rio Ferdinand “Arsenal”ın baş məşqçisi Mikel Artetanın “Mançester Yunayted”ə rəhbərlik etməyə razılaşacağını bildirib.

Komanda.az FIVE kanalına istinadən xəbər verir ki, o, bunları deyib:

“Arteta “Mançester Yunayted”ə keçmək üçün “Arsenal”ı tamamilə tərk edəcək. Heç kim bunun baş verəcəyini demir. Amma “Mançester Yunayted” Artetanı əsas hədəf kimi seçsə, o, “Arsenal”ın oyunçularına deyəcək: “Dinləyin uşaqlar, bu, çətindir, amma davam etməliyəm, getməliyəm”.

“Arsenal” 26 turdan sonra Premyer Liqada 58 xalla üçüncü pillədə qərarlaşıb. “Mançester Yunayted” 44 xalla turnir cədvəlinin altıncı pilləsində yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button