Arteta: “Lakazettlə hər şeyi müzakirə edəcəyik”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın hücumçusu Aleksandr Lakazett haqda açıqlama verib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, ispan mütəxəssis, Lakazettlə klubda qalması üçün danışacaqlarını bildirib:
“Mövsümün sonunda harada olduğumuzu anlayacağıq. Biz oturub Lakazettlə hər şeyi, nə edəcəyimizi və necə irəliləyəcəyimizi müzakirə edəcəyik”.
2017-ci ildən “Arsenal”da forma geyinən fransalı futbolçunun mövsümün sonunda “topçular”dan ayrılacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin