“Komandam Premyer Liqanın ən yaxşısı idi” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının “Mançester Siti”ni necə qabaqlaya biləcəyindən danışıb.

Komanda.az CNN-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandasının ötən mövsüm Premyer Liqanın ən yaxşısı olduğunu bildirib:

“Arsenal” “Mançester Siti”ni keçə bilər, biz sürətlə yaxınlaşırıq. Ötən mövsüm komandam demək olar ki, bütün göstəricilərə görə Premyer Liqanın ən yaxşısı idi. Amma elə təfərrüatlar var ki, biz onları çox yaxşı idarə edə bilmirik. Bu səbəbdən, çempionluq titulunu əldən verdik. İndi komandam diqqəti yaxşılaşdırmalı olduğumuz aspektlərə cəmləyib”.

“Arsenal” 2023/24 mövsümünün sonunda Premyer Liqada 2-ci yeri tutub. Belə ki, londonlular “Mançester Siti”dən 2 xal geri qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button