
Arteta özünü günahlandırdı
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının Premyer Liqanın 36-cı turunda səfərdə “Liverpul”a qarşı oyunda zəif çıxışına görə günahı öz üzərinə götürüb.
Qarşılaşma dünən “Enfild”də baş tutub və 2:2 hesabı ilə başa çatıb. Qonaqların qollarını Qabriel Martinelli və Mikel Merino vurub.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcını ən çox müdafiə xətti məyus edib:
“Məni nə məyus etdi? Ən çox, xüsusən də, müdafiə xətti. Komanda belə oynayırsa, bu mənim günahımdır”.
“Arsenal” birinci hissədən sonra 0:2 hesabı ilə uduzsa da, geridönüş edə bilib. Matçın sonunda Merino meydandan qovulub və “Arsenal” azlıqda qalmalı olub.
“Topçular” 36 turdan sonra 68 xalla Premyer Liqanın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



