Arteta ona daha bir şans verəcək

İngiltərəli yarımmüdafiəçi Emil Smit Rou “Arsenal”da özünü sübut etmək üçün yeni şans əldə edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta keçən mövsüm ingiltərəli futbolçuya nadir hallarda güvənirdi, lakin indi onun perspektivinə inanır.

İspaniyalı mütəxəssis Smit Rounu komandada saxlamağa üstünlük verir. Hücumameyilli yarımmüdafiəçi londonluların ABŞ-da mövsümöncəsi təlim-məşq toplanışında iştirak edəcək. Bundan sonra 23 yaşlı futbolçunun gələcəyi ilə bağlı yekun qərar veriləcək.

Emil Smit Rou son mövsümdə “Arsenal”ın heyətində 19 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button