Arteta: “İngiltərə yığmasına rəhbərlik etmək fəxr edilməli bir şeydir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə millisinin yeni çalışdırıcısı Tomas Tuxelin təyinatı ilə bağlı danışıb. Almaniyalı mütəxəssis 2025-ci ilin əvvəlində vəzifəsinin icrasına başlayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bəzi insanların Tuxelin təyinatına kədərlənməsini anladığını bildirib:

“Fikirləri və hissləri başa düşürəm, lakin yalnız ingilis məşqçi seçmək və ya seçməmək İngiltərə Futbol Assosiasiyasının məsuliyyətidir. Mən başa düşürəm ki, bəzi insanlar İngiltərədən olmayan məşqçinin seçilməməsindən kədərlənə bilər və tarix bunun nə qədər vacib olduğunu göstərir.

Ancaq bir çox məşqçilər İngiltərə yığmasına rəhbərlik etmək üçün hər şeyi edərdilər və bu, fəxr edilməli bir şeydir. Bu, İngiltərəyə olan münasibətdən irəli gəlir. Biz ingilis futbolunun tarixinə hörmətlə yanaşırıq”.

İngiltərədə heç də bütün azarkeşlər əcnəbi məşqçinin xeyrinə seçimi müsbət qiymətləndirmirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button