
Arteta hücumçusunu müdafiə etdi
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın “Mançester Siti” ilə (1:1) oyununda yeni hücumçu Viktor Qyokereşin zəif çıxışı ilə bağlı danışıb.
İsveçli forvard matçın bütün dəqiqələrini meydanda olsa da, cəmi 24 dəfə topa toxunub və bu göstərici meydan oyunçuları arasında ən aşağı olub. Onun adı statistikada da diqqət çəkib: zərbə yox, uğurlu driblinq yox, 13 top itkisi və ötürmələrin dəqiqliyi cəmi 62 faiz.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq, Arteta hücumçusunu müdafiə edib:
“Cərimə meydançasına yaxşı ötürmələr gəldi. Xatırlayıram ki, üç epizodda Qyokereş qola çox yaxın idi. Aydın qol imkanları yaratmaq çox çətindir. Amma o, əlindən gələni edir və biz onun üçün daha çox şans yaratmalıyıq. Hamısı bundan ibarətdir”.
Bu oyunda Pep Qvardiolanın komandası “Arsenal”a qarşı cəmi 33 faiz topa sahib olub. Bu da ispaniyalı çalışdırıcının məşqçilik karyerasında ən aşağı göstəricilərdən biridir.
Bizi Facebook-da izləyin



