Arteta: “Havertsin zədələnməsi çox gözlənilməz oldu”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta 2024/25 mövsümünün sonuna qədər sıradan çıxan hücumçu Kay Havertsin zədəsini şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Havertsin zədəsinin çox gözlənilməz olduğunu söyləyib:

“Havertsin zədəsi çox gözlənilməz oldu. O, müəyyən bir hərəkətdən sonra topu qəbul etmək istədi, ancaq bu anda ayağını dartdı. Bud əzələsini zədələdiyini hiss edib”.

Almaniyalı hücumçu bu mövsüm komandasının heyətində 34 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Arsenal”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button