Arteta Ardanın “Arsenal”da parlayacağına inanır

“Arsenal” heyətini “Real”ın yarımmüdafiəçisi ilə gücləndirmək istəyir.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, söhbət türkiyəli yarımmüdafiəçi Arda Gülərdən gedir.

“Topçular”ın baş məşqçisi Mikel Arteta 19 yaşlı futbolçunu dəvət etməkdə şəxsən maraqlıdır. İspaniyalı çalışdırıcı Gülərin norveçli Martin Odeqard kimi “Arsenal”da parlayacağına inanır.

Ardanın “Real”la müqaviləsi 2029-cu ilin iyun ayının sonunda başa çatacaq. O, İspaniya çempionatının cari mövsümündə 9 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button