“Arteta çox qəzəbli olmalıdır” – Sabiq futbolçu

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager İngiltərə çempionatının 34-cü turunda “Arsenal” – “Kristal Pelas” matçının (2:2) nəticəsini şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bu nəticənin “topçular”ın baş məşqçisi Mikel Artetanın planlarına mənfi təsir göstərəcəyini bildirib:

“Arteta çox qəzəbli olmalıdır. Bu oyunda qələbə qazanılsaydı, “Bornmut”la matçı qurban verə və əsas oyunçulara PSJ ilə qarşılaşmadan əvvəl istirahət imkanı tanıya bilərdi. İndi “Liverpul”la qarşılaşma nəzərə alındıqda, bu mümkün olmayacaq. “Arsenal” iki məğlubiyyət alsa, rəqibləri onlara yaxınlaşacaq”.

“Arsenal” İngiltərə çempionatının 34 turundan sonra 67 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button