Arteta çempionluğa inanır
“Arsenal”ın baş məşqçisi Mikel Arteta hələ də komandasının Premyer Liqa çempionluğunu qazana biləcəyinə inanır.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, Arteta öz fikirlərini belə ifadə edib:
“Mövsümün ən sevimli anı? Düşünürəm ki, bu, bazar günü son turda baş tutacaq”.
Son turda “topçular” evdə “Everton”u məğlub etməli, eyni zamanda, “Vest Hem”lə qarşılaşan “Mançester Siti” xal itirməlidir.
Xatırladaq ki, “Arsenal”da işlədiyi müddətdə Arteta yalnız 2020-ci ildə İngiltərə kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin