Arteta: “Mən standartları yüksəltməliyəm”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta 2024/25 mövsümünə hazırlıqla bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı hər gün həyəcan və çətinlikləri dərk edərək işləməyin lazım olduğunu bildirib:
“Mesaj aydındır. Hamıdan daha çox işləməyə ehtiyacımız var. Hər kəsin, o cümlədən mənim də. Mən standartları yüksəltməliyəm, bizdə olmayan başqa bir şey gətirməliyəm. Həm fərdi, həm də kollektiv şəkildə. Bunu nə qədər yaxşı etsək, Premyer Liqanı qazanmaq şansımız bir o qədər çox olar. Bizim istədiyimiz budur.
Sadəcə, hər gün həyəcan və çətinlikləri dərk edərək işləmək lazımdır. Çətinliklər yarananda biz bir yerdə qalmalı və onları effektiv şəkildə dəf etməliyik”.
“Arsenal” İngiltərə çempionatının son mövsümünü 2-ci yerdə başa vurub.
Bizi Facebook-da izləyin