Arteta: “Burada həqiqətən xoşbəxtəm”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta London klubu ilə müqaviləsinin mümkün uzadılmasıyla bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “Arsenal”da xoşbəxt olduğunu bildirib:

“Xeyr, bu barədə xəbər yoxdur. Amma burada həqiqətən xoşbəxtəm. Daha bir il müqaviləm var ki, bu da futbolda uzun müddətdir. Futbolçular şaddır, klub xoşbəxtdir, heç bir problem yoxdur. Mən yalnız oyunlara və qalibiyyətə fokuslanmışam, bu, hazırda ən vacib şeydir”.

Artetanın klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, 2019-cu ildən komandaya rəhbərlik edir.

“Arsenal” İngiltərə Premyer Liqasında 29 turdan sonra “Liverpul”dan 2 xal geri qalaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button