Arteta: “Bu barədə daha heç nə demək istəmirəm”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta müdafiəçi Vilyam Saliba haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçu ilə yeni müqavilənin imzalanması üçün uyğun zamanı gözləyəcəklərini deyib:
“Bunun üçün uyğun zamanı gözləyəcəyik. Doğru zamanda qərar vermək üçün əlimizdən gələni edirik. Vilyamla klub arasında münasibət əladır. Bu barədə daha heç nə demək istəmirəm”.
Fransa millisinin üzvü UEFA Avropa Liqasının 1/8 finalının “Sportinq”lə cavab qarşılaşmasında (1:1, ilk oyun – 2:2, penaltilər seriyası – 3:5) zədələnib və hələ də sağalmayıb.
Saliba cari mövsümdə “topçular”ın heyətində 33 oyuna çıxıb və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin