Arteta: “Biz fövqəladə vəziyyətdəyik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta ispaniyalı yarımmüdafıəçi Mikel Merinonun “Çelsi” ilə derbidə mərkəz hücumçusu kimi çıxışı haqda danışıb.

“Topçular” 1:0 hesablı qələbə qazanıb, yeganə qolu Merino vurub.

Komanda.az londonluların mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis fövqəladə vəziyyətdə olduqlarını bildirib:

“Biz fövqəladə vəziyyətdəyik. Merinonun problemə yanaşma tərzi xoşuma gəlir. Əvvəllər heç vaxt hücumçu olmadığı üçün yeni mövqedə oynamağı tez öyrənir. Onun qolu sayəsində komanda qələbə qazandı”.

28 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 21 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button