
Arteta: “Biz buradayıq ki, tarix yazaq”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının PSJ-yə qarşı cavab yarımfinal oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının meydanda cavab verəcəyini bildirib:
“Biz buradayıq ki, tarix yazaq. Finala bizi bir qələbə ayırır. Gəlin, meydanda danışaq”.
Komandalar arasında ilk oyun ötən həftə keçirilib və Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması bu gün Fransanın paytaxtında baş tutacaq. Digər yarımfinal qarşılaşmasında “İnter” iki oyunun nəticəsinə görə “Barselona”nı məğlub edərək, turnirin ilk finalçısı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin