Artetadan zədələnən futbolçu ilə bağlı açıqlama

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın müdafiəçisi Jurrien Timberin zədəsi ilə bağlı danışıb.

Niderlandlı futbolçu Premyer Liqanın 30-cu turunda – “Fulhem”lə oyunda (2:1) zədələnib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Timberin matçın əvvəllində çətinlik çəkməyə başladığını söyləyib:

“Timber matçın əvvəlində çətinlik çəkməyə başladı. O, oynamağa davam edə bildi, ancaq bir anda daha davam edə bilməyəcəyini anladı”.

“Topçular”ın İngiltərə çempionatında növbəti oyunu aprelin 5-də “Everton”a qarşı olacaq. Artetanın komandası bir neçə gündən sonra UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button