“Arsenal” futbolçusu üçün təkliflər gözləyir
“Arsenal” yarımmüdafiəçilərindən biri ilə yollarını ayırmaq qərarına gəlib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “topçular” Fabio Vieyra ilə yollarını ayırmağı planlaşdırır.
Komandanın baş məşqçisi Mikel Arteta futbolçunun səviyyəsindən və məşq prosesinə münasibətindən narazıdır. “Arsenal” potensial alıcılardan təkliflər gözləyir.
23 yaşlı futbolçu London komandasına 2022-ci ildə “Portu”dan 35 milyon avroya keçib. Viera 2023/2024 mövsümündə “Arsenal”la 17 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin