“Arteta ailəmi təhqir etdi” – “Portu”nun baş məşqçisi
“Portu”nun baş məşqçisi Serjio Konseysao Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Arsenal”ın çalışdırıcısı Mikel Artetanın onun ailə üzvlərini təhqir etdiyini deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Artetaya təhqir etdiyi adamın artıq həyatda olmadığını dediyini bildirib:
“Mən ona dedim ki, təhqir etdiyi adam artıq aramızda deyil. Qoy, o, komandasının qayğısına qalsın, çünki onlar daha yaxşı oynamaq üçün kifayət qədər keyfiyyətə malikdirlər”.
“Arsenal” “Portu”ya penaltilər seriyasında qalib gəlib – 4:2. İki qarşılaşmanın hesabı bərabər olub – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin