
“Arsenal”ın müdafiəçisi əməliyyat olunub
“Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu zədəli dizindən əməliyyat olunub.
Komanda.az xəbər verir ki, yaponiyalı futbolçu bu barədə sosial şəbəkə hesabındakı paylaşımında məlumat yayıb:
“Ötən gün əməliyyat olundum. Artıq bərpa işlərinə başlanılıb. Bu, karyeramda çox çətin dövrdür. Mənim imtina etmək fikrim yoxdur. Dəstək sözlərinizə görə hamınıza təşəkkür edirəm. Tezliklə görüşərik”.
26 yaşlı oyunçu 2024/25 mövsümündə cəmi bir matçda iştirak edib.
“Arsenal” İngiltərə çempionatının 25 turundan sonra 53 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Mikel Artetanın yetirmələri lider “Liverpul”dan 7 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin