“Arsenal”la “Tottenhem”in hədəfindədir – “Qarabağ”ın rəqibinin futbolçusu

“Atletik”in yarımmüdafiəçisi Oyan Sanset İspaniya liqasından İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə Londonun iki klubu maraqlanır: “Arsenal” və “Tottenhem”.

Sansetin Bilbao klubu ilə müqaviləsində 80 milyon avro məbləğində sərbəst qalma maddəsi var.

Onun “Atletik”lə müqaviləsinin müddəti 2032-ci ilin iyununun sonunda başa çatacaq.

“Atletik” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button