
“Arsenal”la “Barselona”nın hədəfindəki futbolçu
“Nottingem Forest”in müdafiəçisi Murillo Avropanın iki top-klubunun – “Arsenal” və “Barselona”nın “radar”ına düşüb.
Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, braziliyalı oyunçuya hər iki klub böyük maraq göstərir. Mümkün transfer 2026-cı ildə reallaşa bilər.
Murillo cari mövsümdə Premyer Liqada 3 oyunda iştirak edib, martda isə onun Braziliya millisində debütü reallaşıb.
23 yaşlı müdafiəçinin hazırkı klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



