“Arsenal”ın yetirməsi Bundesliqa klubunda
Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Xordi Osey-Tutunu transfer edib.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. İngiltərədən olan 23 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
Osey-Tutu daha öncə də “Bohum”da çıxış edib. O, 2019/20 mövsümündə icarədə oynadığı bu komandanın heyətində 22 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin