“Arsenal”ın yeni transferi 2 aylıq sıradan çıxıb

“Arsenal”ın yay transfer pəncərəsində heyətinə qatdığı Noni Madueke dizindən aldığı zədə səbəbindən təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Premyer Liqanın 5-ci turunda “Mançester Siti” ilə keçirilən (1:1) oyunda zədələnən ingiltərəli futbolçunun dizində bağların tam qopması qeydə alınmasa da, reabilitasiya üçün uzun müddət tələb olunur.

Dünən keçirilmiş tibbi müayinələr nəticəsində məlum olub ki, Madueke ön çarpaz bağ zədəsindən yayınıb, ancaq yenə də, təxminən 8 həftəlik fasilə verəcək.

23 yaşlı futbolçu bu yay “Çelsi”dən “Arsenal”a 50 milyon funt-sterlinqdən artıq məbləğə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button