
“Arsenal”ın yeni səfər forması – FOTO
“Arsenal” rəsmi saytında komandanın 2024/2025 mövsümündə geyinəcəyi yeni səfər formasını təqdim edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “topçular” yeni formanın dizaynında afrikalı azarkeşlərlə əlaqələrini nəzərə aldılarını bildiriblər:
“Biz qitənin dizayn ənənələrindən ilham alaraq, afrikalı azarkeşlərlə əlaqəmizi qeyd edirik. Qara, qırmızı və yaşıl kimi ənənəvi Pan-Afrika rənglərini özündə əks etdirən bu köynəkdə heyrətamiz ağ ziqzaq naxış var”.
Mikel Artetanın komandası Premyer Liqada ötən mövsüm 89 xal toplayaraq, “Mançester Siti”dən 2 xal geri qalaraq, 2-ci yeri tutmuşdu.
Premyer Liqada yeni mövsümə avqustun 16-da start veriləcək. “Arsenal” ilk oyunda avqustun 17-də “Vulverhempton”la qarşılaşacaq.


Bizi Facebook-da izləyin