![](https://komanda.az/wp-content/uploads/2023/05/Arsenal.jpg)
“Arsenal” bu 4 hücumçudan birini almağı planlaşdırır
“Arsenal” yay transfer pəncərəsində hücumçu almağı planlaşdırır.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “topçular”ın qısa siyahısına dörd futbolçu daxildir.
London klubu Evan Ferqyuson, Aleksandr İsak, İqor Xesus və Benjamin Şeşkonun namizədliyini nəzərdən keçirir. Klubun ilk seçimi “Nyukasl”ın hücumçusu İsakdır.
“Arsenal” İngiltərə Premyer Liqasında 50 xalla 2-ci pillədə qərarlaşıb. Mikel Artetanın komandası ehtiyatda bir oyunu olan lider “Liverpul”dan 6 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin