“Arsenal”ın yay transfer dövrü üçün planı

İngiltərənin “Arsenal” klubunun direktoru Edu Qaspar “topçular”ın yay transfer pəncərəsi ilə bağlı planlarını açıqlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun rəsmisi, yayda 1-2 transfer edə biləcəklərini bildirib:

“Biz bir və ya iki futbolçunun transferinə diqqət yetirmək istəyirik. Keçən yayda komandamızda olan dəyişikliklərindən sonra növbəti addıma ehtiyacımız var. Bizim klub olaraq bütöv bir strategiyamız var”.

“Arsenal”ın “Mançester Siti”nin hücumçusu Qabriel Jezusla maraqlandığı bildirilir.

“Arsenal” 33 turdan sonra 60 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button