“Arsenal”ın yay transfer büdcəsi məlum oldu

“Arsenal”ın yay transfer pəncərəsi üçün nə qədər büdcə ayıracağı məlum olub.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta yeni transferlər üçün 100 milyon funt sterlinq (təxminən 119 milyon avro) xərcləyə biləcək.

Komandanın bəzi futbolçularının mümkün satışı bu büdcəni artırmaq imkanı yarada bilər.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasının 36 turunun yekunlarına əsasən 68 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda liderdən 15 xal geri qalır və mövsümün son oyunlarında “Nyukasl”la “Sauthempton”a qarşı qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button