“Arsenal”ın futbolçusu millinin oyununda zədələnib
İngiltərə yığması dünən UEFA Millətlər Liqasının 3-cü turunun matçında “Uembli”də Yunanıstan millisini qəbul edib.
İngiltərə millisinin və “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka bu oyunda zədələnərək, 52-ci dəqiqədə əvəzlənib.
Komanda.az xəbər verir ki, İngiltərə millisinin baş məşqçi postunu müvəqqəti tutan Li Karsli mətbuat konfransında Sakanın vəziyyətini şərh edib:
“Onun vəziyyəti qiymətləndirilir. Açığı, ilk qola az qalmış ayağında nəsə hiss etdiyini görmək olardı”.
İngiltərə yığması Yunanıstan millisinə 1:2 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin