İngiltərə yığmasının sabiq üzvü Çempionşip klubunda
“Arsenal”ın və İngiltərə yığmasının sabiq futbolçusu Cek Uilşirin yeni ünvanı bəlli olub.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Bornmut” klubuna keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Uilşir bir müddətdir ki, Çempionşip klubu ilə məşq edirdi. “Bornmut” yarımmüdafiəçi ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.
“Arsenal”ın yetirməsi olan Uilşir, 2016/2017 mövsümündə “Bornmut”da çıxış edib. Yarımmüdafiəçi son olaraq “Vest Hem”in uğurları üçün çalışıb.
Hazırda azad agent olan Uilşir İngiltərə yığmasında 34 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin