“Arsenal”ın və ərəblərin maraq dairəsində olan futbolçu
“Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha yay transfer pəncərəsində klubdan ayrılmaq istəyir.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, hücumçu ilə “Arsenal” və “Marsel” maraqlanır.
Bundan başqa, Səudiyyə Ərəbistanı klubları da onunla maraqlandıqlarını bildiriblər. Lakin Fil Dişi Sahilindən olan futbolçu karyerasını Avropada davam etdirmək istəyir.
Onun “Kristal Pelas”la müqaviləsi mövsümün sonunda başa çatır.
30 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin