
“Arsenal”ın transfer siyahısında birincidir – İtaliyalı futbolçu
“Fiorentina”nın futbolçusu Moyze Kin İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Arsenal”ın qısa siyahısında birincilərdən biridir.
Kinin “bənövşəyilər”lə müqaviləsində 52 milyon avroluq satın alma maddəsi var. Daha əvvəl bildirilmişdi ki, onun xidmətində İngiltərənin digər klubları, o cümlədən “Tottenhem” də maraqlıdır.
İtaliyalı forvard bu mövsüm “Fiorentina”nın heyətində 29 matçda meydana çıxıb, 19 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin