
“Arsenal”ın sabiq futbolçusu Meksika klubunda – Rəsmi
“Arsenal”ın və Uels millisinin sabiq yarımmüdafiəçisi Aaron Remzi Meksikanın “Pumas” klubu ilə rəsmi müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl Remzinin Şimali Amerikaya köçəcəyi barədə xəbərlər yayılmışdı. O, 2024/25 mövsümündə İngiltərənin “Kardiff Siti” klubunda həm futbolçu, həm də məşqçi kimi çıxış edib. Komandanın heyətində 11 oyunda meydana çıxan uelsli futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Remzi Avropa futbol azarkeşlərinə həm də İtaliyanın “Yuventus”, Şotlandiyanın “Reyncers” və Fransanın “Nitsa” klublarındakı çıxışı ilə tanışdır. Uels millisinin heyətində isə o, 2016-cı il Avropa çempionatının 1/4 final mərhələsinə qədər irəliləyən komandanın üzvü olub.
Bizi Facebook-da izləyin



