“Arsenal”ın sabiq üzvü karyerasını bitirdi
“Arsenal”ın və Mərakeş millisinin sabiq üzvü Maruan Şamah karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 35 yaşlı hücumçu Fransa mətbuatına açıqlamasında bildirib. O, karyerasını başa vurduğunu və məşqçiliyə başlayacağını deyib.
Karyerası ərzində “Bordo”, “Arsenal”, “Vest Hem”, “Kristal Pelas” kimi klublarda forma geyinən Şamahın son iş yeri “Kardiff Siti” olub. O, 30 aya yaxın idi ki, futbol oynamırdı.
Şamah 62 dəfə formasını geyindiyi Mərakeş millisində 17 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin