“Arsenal”ın sabiq futbolçusu baş məşqçi təyin olundu

“Arsenal”ın sabiq futbolçusu Cek Uilşir baş məşqçi kimi fəaliyyət göstərəcək.

Komanda.az xəbər verir ki, ingiltərəli mütəxəssis “Luton Taun”u çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çempionşip təmsilçisi 33 yaşlı çalışdırıcı ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Uilşir futbolçu karyerasını başa vurduqdan sonra “Norviç”də köməkçi məşqçi kimi çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button