“Liverpul”un artıq çempionluq uğrunda mübarizə apardığını düşünmürəm”
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger “Liverpul”un bu mövsüm Premyer Liqada çempionluq şansından danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis, mersisaydlıların lider “Mançester Siti”yə çatmaq şanslarının olmadığını deyib:
“Liverpul”un artıq çempionluq uğrunda mübarizə apardığını düşünmürəm. Onların “Mançester Siti”yə çatmaq şansları yoxdur. Liderlə aradakı xal fərqi çoxdur və “şəhərlilər”in ehtiyatda bir oyunu da var”.
“Mançester Siti” Premyer Liqada 53 xalla liderdir, “Liverpul” isə 40 xalla 4-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin