
“Real”ın təklifini üç dəfə rədd etmişəm” – Venger
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, London klubunda çalışdığı dönəmdə üç dəfə “Real”ın təklifini rədd etdiyini deyib:
“Real”ın təklifini üç dəfə rədd etmişəm. Nə üçün özümü narahat hiss edəcəyim yerə getməli idim? Bəzən “Real”ın təkliflərini rədd etməkdə haqlı olub-olmadığımı düşünürəm. Ancaq həmin dövrdə rahat və ehtiyaclarımı qarşılaya biləcəyim komandada olduğumu hiss edirdim”.
Arsen Venger 1996-2008-ci illər aralığında “Arsenal”ı çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin