“Arsenal”ın şərtləri onu tam qane edir

Leverkuzen “Bayer”inin müdafiəçisi Piero İnkapie “Arsenal”a keçməyə razılıq verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunu şəxsi müqavilə şərtləri tam şəkildə qane edir. “Topçular”ın baş məşqçisi Mikel Arteta İnkapiyenin komanda üçün ideal transfer olduğunu düşünür. İndi isə qərar “Bayer”in öhdəsinə düşür.

“Arsenal” ekvadorlu futbolçunu əvvəlcə icarəyə götürməyi və müqaviləyə məcburi satınalma şərti əlavə etməyi planlaşdırır. “Bayer” onu 60 milyon avro dəyərində qiymətləndirir.

Transferin, “Arsenal”ın müdafiəçisi Yakub Kiviorun “Portu”ya keçidi yekunlaşdıqdan sonra rəsmiləşməsi gözlənilir.

İnkapie 2021-ci ildən “Bayer”də çıxış edir. O, bu müddət ərzində klubun heyətində bütün turnirlərdə 168 oyunda forma geyinib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button