İngiltərə klubu Rodriqo üçün təklif göndərəcək

“Real”ın hücumçusu Rodriqo “Arsenal”ın transfer hədəfi olaraq qalır.

Komanda.az AS-a istinadən xəbər verir ki, London klubu braziliyalı futbolçunu heyətinə qatmaq üçün konkret plan hazırlayıb. “Topçular” Klublararası dünya çempionatı başa çatdıqdan sonra Rodriqo üçün rəsmi təklif göndərməyi planlaşdırır.

“Arsenal” 24 yaşlı futbolçu ilə uzun müddətdir əlaqə saxlayır. Amma hazırda o, turnirə tam diqqət yetirmək üçün danışıqları dayandırmağı xahiş edib. ABŞ-da keçirilən turnirdə ona az şans verilib. Rodriqo son üç matçın ikisində ehtiyat oyunçular skamyasında 90 dəqiqə keçirib.

“Arsenal” Rodriqoya görə 90 milyon avrodan çox məbləğ ödəməyə hazırdır. Klub braziliyalı forvardı gələcək idman layihəsinin əsas fiqurlarından biri kimi görür. Ancaq London təmsilçisi tələsmək niyyətində deyil. Bu transfer yayın sonunadək uzana bilər.

Hər şey Rodriqonun Klublararası dünya çempionatından sonra baş məşqçi Xabi Alonso ilə aparacağı söhbətdə aydınlaşacaq. O, bundan sonra gələcəyini qiymətləndirəcək və qərarını verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button